dono4ava

Author Archive

Qarışıq fikirlər,insanlar da bu qarışıqlığın bir parçası. Axır vaxtlar gördüklərim, yaşadıqlarım mənə bir az daha sübut etdi ki,  ən böyük şeytan elə insanın özüdü. Axı niyə yaxşı əməlləri öz ağlımızın bəhrəsi hesab edirik, amma pis əməlləri şeytanın boynuna atırıq.Elə hər dəfə ağılla hərəkət edib,yaxşı insan ola bilmərik ki? Yəqin bu qədər çətindi də. Bu insan övladı dəyişən deyil. Bəzi xüsusiyyətlər demək olar ki onun qanın da var,bəlkə heç deyişməyəcək ya da dəyişməyi heç istəmir də. Axı bildiyimə görə nəyi isə ürəkdən istəsən, cəhd etsən,alınır. Yəqin elə ən asan yolu seçmək də qanımızda var, cəhd etmək istəmirik. Axı niyə? Beynimdə o qədər cavabsız sual var ki, yorur məni artıq. Vulkan kimi pükürmək dərəcəsindədi beynimdəki fikirlər,suallar. Fikirləşirəm ki,Ey İNSAN ÖVLADI, niyə digərlərinə nifrət bəsləyəcək qədər kinli oldun? Niyə düşmənini tanımayacaq qədər arsız oldun? Niyə dostlarına, sevdiklərınə xəyanət edəcək qədər vəfasız oldun? Niyə atana,anana üz döndərəcək qədər  Allahsız oldun? Niyə günahsız körpələrə silah çəkəcək qədər amansız oldun? Niyə bir insan ömrünə son qoyacaq qədər şərəfsiz oldun? Ey insan, niyə yaradandan üz döndərəcək qədər imansız oldun? Niyə başqasının  malına göz dikəcək qədər paxıl oldun? Niyə yetimin malına şərik çıxacaq qədər tamahkar oldun? Niyə başqalarının üzərinə şər atacaq qədər insafsız oldun? Niyə əldə etdiklərinin qədrini bilməyəcək qədər naşükür oldun? Niyə kasıba əl tutmayacaq qədər simic oldun? Niyə nə isə öyrənməyə cəhd etməyəcək qədər cahil oldun? Niyə öz səhvlərindən dərs almayacaq qədər ağılsız oldun? Niyə öz səhvlərini boynuna almayacaq qədər qorxaq oldun? Niyə nəfsinə sahib çıxmayacaq qədər iradəsiz oldun? Niyə öz qorxularına boyun əyəcək qədər cəsarətsiz oldun?  Axı niyə, niyə bu QƏDƏR vicdansız oldun?

Bilirəm bu suallara hec vaxt cavab tapmayacağam. Bilirəm bunları düşünməklə ancaq öz beynimi yoruram. Amma nə etməli? Düşüncələri idarə etmək olmur. Mən, Sən ,O, Biz, Siz, Onlar- yəni Biz insanlar buyuq,özümüzdən qaça bilmərik, nə də ki bu reallıqdan!

Advertisements

Özüm də bilmirəm nə istdəyimi.Dünən gecədən beləyəm,birtəhər. Seçimlər qarşısında qalmağa nifrət edirəm. Nə qədər olar?  Bəlkə bu qədər qorxmasam, hər şey daha yaxşı olacaq. Axı nədən qorxduğumu heç bilmirəm də. Bəlkə də bilirəm, off bezdim artıq. Axı mən nə istəyirəm?Hər kəsin sahib ola bilmədiyi nə isə var, onda gərək hamı özünü öldürə? Mən bir vaxtlar sahib olduğum çox şeyi itirdim, amma hələki sağam, nəfəs ala bilirəm. Bəs noldu ki bu qədər dəyişdi? Dünəndən günahı özümdə axtarıram. Bir mahnının sözləri yadıma düşdü ” Ben nerde yanlış yapdım”? Aaa, bax buna cavab axtarıram. Tutaq ki, cavabı tapdım, onda guya nəsə edə biləcəyəm ki?  Geriyə qayıdıb səhvləri düzəltmək olmur axı. Necə deyərlər onlardan dərs almaq olur. Amma çətin buna da inanmağım gelmir nədənsə. Out of body experience yaşamaq istədim lap, özüm özümə kənardan baxmaq istədim. Özümü başqalarının deyil, öz gözlərimlə görmək istədim. Həəəə, sonunda bir ip ucu, nə istədiyimi bildim, amma bu yetərli deyil.

Fikirləşirəm bəlkə,evdən çıxım özüm tək, qəşəng gəzim, onda bəlkə  nə isə taparam “istəməli” 🙂 Adicə otağıma başqa küncdən baxanda sevinirəm ki, o balaca yerdə yeni nəsə gördüm. Onda gəzəndə daha çox sevinərəm. Amma bu günlük bu sevincdən özümü məhrum etməli olacağam, çünki istəmirəm. Bu istəkləri idarə etmə texnikasını öyrənsəydim, əslində çox yaxşı olardı. Camaat istək gücü ilə dünyanı idarə edir, mən isə nə istədiyimi bilmirəm. Bir az cəsarət də lap yerinə düşərdi. Qorxulara qalib gəlmək üçün. Çətin olan nədi axı?

Yenə gecədi və yenədə mən bu suallarla tək qalmışam. Düşünürəm görəsən nə vaxtsa tapa biləcəm yenə onu. Kaş başqa zaman, başqa şərtlər altında çıxardı qarşıma. Nədənsə Ramiz Rövşənin bir şeiri yadıma düşdü:

“Yenə bu şəhərdə üz-üzə gəldik,

Neyləyək, ayrıca şəhərimiz yox.

Bəlkə də, biz xoşbəxt ola bilərdik,

Bəlkədə xoşbəxtik, xəbərimiz yox.”

Yəqin üz-üzə gələndə də deyəcəyəm ki:

“Mən elə bilirdim sənsiz ölərəm,

Mən sənsiz ölmədim,

məni bağışla!”

Görəsən bu qədər pis olmağa dəyər? Məncə yox, amma nə edə bilərəm? Sadəcə gülüb keçə bilərəm ki, bu da bəzi mövzularda demək olar ki, mümkünsüzdü. Hələ də axtarışda, nə istədiyimi tapmaq arzusu ilə…

Hamı,hamı,hamı…..hamı eyni cür olub artıq: süni,yalançı, ikiüzlü. Ayıra bilmirsən artıq onları bir birinden, o qədər qarışıblar ki biri-birlərinə.Tanımaq üçün zaman lazımdı, bəzən gecikə də bilərsən…hər şeyini itirdikdən sonra tanıya bilərsən. Özünə inamını da alırlar əlindən,artıq özün özündən şübhə edirsən.”Bəlkə mən pisəm.Bəlkə buna layiqəm. Bəlkə mənəm səhv. Axı necə ola bilər?” Niyə?  Bax bu niyə sualın qarşısında aciz qoyurlar səni.Dilin tutulur,ürək döyüntün artır, amma “Niyə” sualına cavab verə bilmirsən,çünki bilmirsən…hardan gəldi? Harda bitdi? Niyə sən? Yenə bu niyə’lər. Iyrənirsən onlardan, səni hər şeydən soyudurlar.Ayağa qalxıb,davam edirsən,təzəcə ayaq acmış körpə kimi.Yol uzun,sənsə yorğun, o yorğunluqları da buraxırlar sənin üstündə,bir yük kimi qalır,amma sən öyrəncəlisən o yükləri daşımağa, onlarla irəliləməyə,onlarla böyüməyə…istəsən de ata bilmirsən o yükü çiyinlərindən,unudursan,amma atmırsan.Beynində bir küncdə saxlayırsan…bəzən elə gözləmədiyin anda açılır ki paslanmış xatirələr,bütün hər şeyi alt üst etməyi bacarır…amma sən güclüsən…axı çox görmüsən belə şeylər. Həyatının hər dövründə izləyirlər səni,elə bil qəsdən durub səni gözləyirdilər -”Mələklər”-“xeyirxah mələklər”. Çox keçmir  və sən o “mələklər”in əslində necə bir şeytan olduğunu anlayırsan,gözlərinə inanmırsan. Artıq beyin də dözmür,axı hər bir küncü doludu,onların geriyə buraxdığı “xoş” xatirələrlə,artıq  istəmir,amma məcburdu. ”Bunu da saxla,hələ yeniləri də olacaq”. Bezib qışqır-bağır salmağa da ehtiyac yoxdu, onsuz da sənə qulaq asan olmayacaq,yenə öz işlərindədi o “mələklər”. Yeni misiyalar onları gözləyir axı…  Dönüb baxmırlar geriyə,arxalarında buraxdıqları qırıq ürəklərə, məhv olmuş həyatlara-məhv etdikləri həyatlara. O həyatlara ki, bir zamanlar onların bir parçası idilər, bəlkə də ən əsas parçası… O səhifələri vərəqlədikcə, ürəyinə elə bir ağırlıq çökür ki, nəfəsin daralır. Mümkünsüzü istəyirsən artıq! Bütün pislikləri silib ağ vərəq kimi təmiz bir beyinlə yeni həyata başlamaq həvəsi… O həvəsi də ürəyində qoymağa hazırdılar!

Amma yaşadığımız həyat mübarizə deməkdi! Nə qədər zərbələr alsaq da, yaraları sarıb həyata davam etmək lazımdı. Güclü olmaq lazımdı! Bizə verilən həyat dəyərsiz insanlara sərf etmək üçün çox qısadı.

Welcome to WordPress.com. After you read this, you should delete and write your own post, with a new title above. Or hit Add New on the left (of the admin dashboard) to start a fresh post.

Here are some suggestions for your first post.

  1. You can find new ideas for what to blog about by reading the Daily Post.
  2. Add PressThis to your browser. It creates a new blog post for you about any interesting  page you read on the web.
  3. Make some changes to this page, and then hit preview on the right. You can alway preview any post or edit you before you share it to the world.


  • shikest: yazı tipik "bezən" yazısıdır. bloga da terapevt lazımdır. nə də olsa che guevara azərbaycanlı deyil ....
  • Mr WordPress: Hi, this is a comment.To delete a comment, just log in, and view the posts' comments, there you will have the option to edit or delete them.

Categories